Çörəyin qiymətində artım dinamikası fevral ayında da davam edib. Fevralda müxtəlif növ çörəyin dəyəri ötən ilin eyni ayına nisbətən 4,1 faiz artıb.
ONN media xəbər verir ki, illik müqayisədə çörəyin qiymətində artım sürəti yanvarda 3,1 faiz, 2020-ci ilin dekabrında 2,8 faiz, noyabrda 2,7 faiz olmuşdu.
Bahalaşmadan sonra bir kiloqram buğda unundan hazırlanan çörəyin orta qiyməti 83 qəpiyə yüksəlib. Çörəyin qiyməti yanvarda 82 qəpik, dekabrda 81 qəpik idi.
Ötən ilin yanvar və fevral aylarında da çörəyin bir kiloqramı 81 qəpik olub.
Çörək məhsulları arasında ən çox bahalaşma çovdar və qarışıq undan hazırlanan çörəkdə qeydə alınıb. Çovdar çörəyinin bir kiloqramının dəyəri 2021-ci ilin fevralında 2020-ci ilin fevralında nisbətən 5 faizdən çox artaraq 1 manat 23 qəpik olub. Yanvarda çovdar çörəyinin dəyəri 1,22 manat, ötən ilin fevralında 1,17 manat idi.
Qarışıq undan hazırlanan çörəyin bir kiloqramının qiyməti 2021-ci ilin fevralında 1 manat 11 qəpik olub. Yanvarda qarışıq undan hazırlanan çörəyin qiyməti 1,1 manat, ötən ilin fevralında 1,04 manat təşkil edib. İllik müqayisədə qarışıq undan hazırlanan çörək 6,73 faiz bahalaşıb.
Çörəyin bahalaşmasında əsas səbəb unun bahalaşması olub. Buğda ununun kiloqramının dəyəri bu ilin fevralında 1 manat 17 qəpik, yanvarda 1,14 manat, ötən ilin fevralında 1,09 manat təşkil edib. İllik müqayisədə unun qiymətinin 7,34 faiz artmasını görürük.(sfera.az)



Un və çörəyin qiyməti ucuzlaşdı
Azərbaycanda daha bir məhsulun qiyməti bahalaşdı
Azərbaycanda çörəyin qiyməti ucuzlaşdı
Çörəyin bugünkü qiyməti - Siyahı
Azərbaycanda çörək ucuzlaşdı
Bu çörəyin qiyməti üçqat bahalaşdı
Çörəyin qiyməti ucuzlaşacaq
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
Ekspertdən açıqlama: Çörək ucuzlaşacaq?
Bakıda xüsusi çörəklərin qiyməti BAHALAŞDI
Çörəyin çəkisi azalıb?- Sorğu
DİQQƏT- Bu məhsulların qiyməti bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 