Bir sıra ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur.
Əvvəllər 70 qəpiyə satılan 620-630 qramlıq Xırdalan zavod çörəyinin qiyməti indi 65 qəpik olub. Satıcılar çörəyin ucuzlaşmasının səbəbini bilmir.
ONN media xəbər verir ki, “Xırdalan Çörək Zavodu”nun Rasim adlı nümayəndəsi Teleqraf.com-a açıqlamasında çörəyin strateji məhsul olduğunu bildirib.
“Zavod çörəyə nə qiymət qoyur, nə də onun qiymətini aşağı salır. Bu, dövlət səviyyəsində olan bir şeydir. Biz İqtisadi İnkişaf Nazirliyinin müəyyən etdiyi qiymətlərə riayət etməyə çalışırıq.
Çörəyin çəkisi olduğu kimi qalıb. Şərt unu ucuz almaqda deyil. Məsələ burasındadır ki, dövlətin qoyduğu qanundan kənara çıxmaq mümkün deyil. Hər şey qanun çərçivəsindədir”.
Çörək zavodunun başqa bir əməkdaşı isə çörəyin qiymətinin enməsini dövlət tapşırığı olduğunu deyib: “Marketlər şəbəkəsi müştərilərdən polietilen torbaların pulunu alıb xeyrini götürdüyünə görə dövlət qurumu zavod çörəyinin qiymətini 5 qəpik aşağı salınması şərtini irəli sürüb”.



Azərbaycanda çörək ucuzlaşdı
Ekspertdən açıqlama: Çörək ucuzlaşacaq?
Çörək yenə bahalaşdı – 83 qəpiyə...
Un və çörəyin qiyməti ucuzlaşdı
Çörəyin qiyməti bu tarixdən ucuzlaşa bilər?
Çörəyin qiyməti ucuzlaşacaq
Çörəyin çəkisi azalıb?- Sorğu
Ölkədə çörəyin qiyməti ucuzlaşdı
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO
Naxçıvanda çörək ucuzlaşdı
Bakıda xüsusi çörəklərin qiyməti BAHALAŞDI
Çörəyin qiyməti bahalaşa bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 