Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev yeni müşavir təyin edib.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, müşavir Bayramov Rəşad Bayram oğlu KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.
Rəşad Bayramov 1979-cu ildə anadan olub.
O, 1995 – 2001-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsil alıb.
2004-cü ildə Roçester Texnologiya İnstitutunda (ABŞ) Kommunikasiya və media texnologiyaları üzrə magistr dərəcəsi əldə edib.
R.Bayramov 2019 – 2020-ci illərdə Dyuk Universitetinin Fuqua Biznes Məktəbində (ABŞ) Strategiyaların icrası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.
2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R.Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011 – 2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 – 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Rəşad Bayramov 2016-cı ildən etibarən bir sıra beynəlxalq təhsil müəssisə və mərkəzlərində, o cümlədən ADA Universiteti, Koç Universiteti və Yaxın Şərq Liderlik Akademiyasında effektiv kommunikasiya mövzusunda mühazirə və seminarlar aparır.
Rabitə nazirliyinə yeni mətbuat katibi təyin edildi



Nazir özünə yeni müşavir təyin etdi
“Azərkosmos”un rəhbərliyinə müvəqqəti təyinat
Yeni nazir özünə müşavir təyin edib – Qəhrəman Kazımov kimdir?
"Qarabağ" universitetində yeni təyinat olub
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
Rəşad Hüseynova yüksək vəzifə verildi
Nazir Emin Əmrullayevə yeni müşavir təyin edildi
Prezidentin icra başçısı təyin etdiyi Rəşad Tağıyev kimdir? - DOSYE
Yüksək vəzifəyə yeni təyinat olub
Yüksək vəzifəyə təyin edilən Elnur Əliyev kimdir? - DOSYE
Təhsil nazirindən yeni əmr
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 