“Tik-idarə et-təhvil ver” modelində səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investorun müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilməsi qaydası məlum olub.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”na dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, aşağıdakı hallarda səlahiyyətli orqanın əsaslandırılmış qərarı ilə investor müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu ilə müəyyən edilir:
- insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb olmuş fövqəladə hadisə ilə əlaqədar olaraq hər hansı investisiya layihəsinin həyata keçirilməsinə təcili ehtiyac yaranması və bununla bağlı müsabiqənin təşkilinin və keçirilməsinin sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmaması;
- investisiya layihəsinin yalnız konkret investor tərəfindən həyata keçirilməsinin mümkünlüyü və ya konkret investorun investisiya layihəsinin predmeti ilə bağlı müstəsna hüquqlara malik olması, heç bir alternativinin və ya əvəzedicisinin olmaması.
“Tik-idarə et-təhvil ver” modelində investoru müsabiqə keçirilmədən birbaşa cəlbetmə üsulu müəyyənləşdi



TİT modelində investisiya layihələrinin həyata keçirilməsi şərtləri dəyişdirilib
Tarif Şurasına yeni səlahiyyət verildi
Tikinti obyektləri buna görə cərimələnəcək
Əli Əsədov qərar imzaladı
İlham Əliyev bu qanunu təsdiq etdi
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FHN-ə yeni səlahiyyət verildi
Bu şəxslər üç min manat cərimə olunacaq
Baş nazirdən daha bir qərar
Əli Əsədov qərar imzaladı
Prezidentdən güzəştli mənzillərlə bağlı — MÜHÜM FƏRMAN
İlham Əliyev sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 