Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Müəyyən edilsin ki, işğaldan azad edilmiş ərazilərdə aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir: 1.1. tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi; 1.2. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektinin inşasının başa çatması barədə müvafiq məlumatların Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi, habelə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsi; 1.3. tikinti məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Prezident fərman imzaladı



Azad edilmiş kəndlərin layihələrini bu qurum hazırlayacaq
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev FƏRMAN İMZALADI
Əli Əsədov qərar imzaladı
İlham Əliyevdən işğaldan azad olunmuş ərazilərlə bağlı FƏRMAN
Yerli icra hakimiyyəti başçısının vəzifələri artırıldı
Azərbaycanda VACİB YENİLİK
İlham Əliyevdən şəhərsalma fəaliyyəti ilə bağlı MÜHÜM FƏRMAN
Azərbaycanda tikintiyə icazə verilməsi ilə bağlı yenilik
Yeni mərkəz yaradılır - FƏRMAN
Dövlət Xidməti torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Özbəkistan rəsmiləri Bakıya gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 