Türkiyədə dünyasını dəyişmiş Azərbaycan vətəndaşı Nihad Əliyevin ailəsi açıqlama yayıb.
ONN media xəbər verir ki, açıqlamada mərhumun ailə üzvləri baş verən hadisə ilə bağlı onların kədərini bölüşən hər kəsə təşəkkürünü bildirib:
"Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur".
"Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında heç bir qərəz olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəiçləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdrilməmiş məlumatları yaymamağa çağırırıq", - açıqlamada bildirilib.
Mərhumun ailə üzvləri sosial şəbəkə və bəzi mətbu orqanlarda yayılmış yanlış görüntülərin düzəldilməsi üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edib.(report)



Türkiyədə güllələnən azərbaycanlı iş adamı öldü
MN -dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
Nazirlik AÇIQLADI- "Yalandır"
İstanbulda güclü partlayış olub
“Megafun”dakı partlayışla bağlı açıqlama
Qazinin dəfnində insident yaşanıb?- Rəsmi
Əli Həsənovun ailəsinə ağır itki - FOTO
DİN sosial şəbəkələrlə bağlı əhaliyə müraciət etdi
Müdafiə Nazirliyi əhaliyə müraciət etdi
Kamil Zeynallıya "medal verilməsi" ilə bağlı RƏSMİ AÇIQLAMA
Qətl törədib qaçanlar kameralara düşdü - ANBAAN VİDEO
Əsassız xəbərləri yaymaq yolverilməzdir - DTX
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 