Rusiya Fövqəladə Hallar Nazirliyi Humanitar Reaksiya Mərkəzinin 11-ci hərbi karvanı Kəlbəcər bölgəsinə 80 ton humanitar yardımın çatdırılmasını təmin edib. ONN media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib. Qeyd edilib ki, Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitini təmin etməyə davam edir. Sosial obyektlərə və yaşayış binalarına enerji tədarükü və su təchizatı sistemlərinin bərpası üçün 15 “KamAZ” markalı hərbi maşın və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin 11-ci Rusiya karvanı Xankəndi - Suqovuşan - Kəlbəcər marşrutu ilə irəliləyərək Kəlbəcər rayonuna elektrik, tikinti avadanlıqları və materiallarından ibarət 80 ton yük çatdırıb. Ümumilikdə, bu günədək Rusiya sülhməramlılarının köməyi ilə 11 nəqliyyat vasitəsindən ibarət karvan bölgəyə 1600 tondan çox yük daşıyıb. Humanitar yardım ötən ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım çərçivəsində göndərilib. https://youtu.be/zclhh5GuXW8
Rusiyanın hərbi karvanı Kəlbəcərdə - VİDEO



Rusiyanın hərbi karvanı Kəlbəcərə DAXİL OLDU
Rusiya Kəlbəcərə 145 ton yük göndərdi - Rusiya MN
Rusiya sülhməramlılarının müşayiəti ilə Kəlbəcərə 185 ton humanitar yardım aparıldı
Rusiya Şuşa və Xankəndinə humanitar YARDIM GÖNDƏRDİ
Ruslar Kəlbəcərə gedən yükü müşayiət etdi
Sülhməramlılar Kəlbəcərə 150 ton yardım çatdırdı - VİDEO
Sülhməramlılar yenə də humanitar fəaliyyətlə məşğuldur
Rus hərbi kolonu Moskvaya doğru gedir - Video
Rusiya FHN Qarabağa humanitar yardım göndərdi
Rusiyadan Laçın və Ağdərə ilə bağlı ƏN SON AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 