Rusiya sülhməramlıları Azərbaycanın icazəsi ilə Xankəndidən Xocavənddə yerləşən Amaras monastırına gedən və geri dönən 25 erməni zəvvarı müşayiət edib. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı sülhməramlı kontingentinin münaqişə zonasında 22 fevral tarixindəki fəaliyyətinə dair məlumat bülletenində deyilir. Bildirilir ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Atəşkəs bütün təmas xəttində müşahidə olunur. Sülhməramlılar həmçinin ermənilərin Qarabağa qayıtmasını təmin edir. Ümumilikdə, 14 noyabr 2020-ci ildən bəri 52 700 nəfər Qarabağa qayıdıb. Rusiya Fövqəladə Hallar Nazirliyi Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirir. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1474 hektar ərazi, 457 km yol, 1440 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 870 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri koordinasiya etmək üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Ermənilər Azərbaycanın icazəsi ilə Xankəndidən...



Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA
Qarabağdan SON XƏBƏR
Qarabağdakı vəziyyətlə bağlı SON MƏLUMAT
Rusiya MN Qarabağla bağlı məlumat yaydı
Qarabağda SON VƏZİYYƏTİ Konaşenkov açıqladı
Qarabağdakı sülhməramlılar nə iş görür?
Qarabağda son vəziyyət necədir? - Rusiya Müdafiə Nazirliyi AÇIQLADI
Qarabağla bağlı SON AÇIQLAMA - VİDEO
Qarabağda 20 mindən çox sursat tapıldı
Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 