Ermənistan parlamenti Seçki Məcəlləsində ölkədə seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişikliyi ikinci və sonuncu oxunuşda qəbul edib. Bu o deməkdir ki, bundan sonra seçkilər partiya siyahısı üzrə keçiriləcək. ONN media xəbər verir ki, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs veriblər. Bundan əvvəl Ermənistanda qarışıq (proporsional və majoritar) seçki sistemi mövcud olub. Seçki Məcəlləsindəki partiyalar üçün 5, seçki blokları üçün 7 faizlik seçki baryeri dəyişməyib. Müxalif "Maariflənən Ermənistan" partiyası dəyişikliyin qəti əleyhinə çıxaraq bu andan etibarən seçkilərin legitimliyini şübhə altına aldığını bəyan edib. İkinci müxalifət partiyası "Çiçəklənən Ermənistan" isə iclası ümumiyyətlə boykot edib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Bundan sonra mövcud hakimiyyət nümayəndələri seçkilərə yalnız proporsional seçki sistemini nəzərdə tutan yeni Seçki Məcəlləsi ilə getmək istədiklərini açıqlayıblar.
Ermənistan proporsional seçki sisteminə keçdi



Qonşu ölkədə seçki sistemi dəyişdi
Gürcüstanda seçki sistemi DƏYİŞDİ
Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
Seçki bületenləri bu tarixə kimi hazır olacaq
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Zelenski Ali Radada neçə yer əldə edir – SON NƏTİCƏLƏR
Gürcüstanda seçkilər başladı
Azərbaycanda parlament seçkilərinə səsvermə başladı
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
MSK bu şəxslərə çağırış etdi
Gürcüstanda seçkilərin ilkin rəsmi nəticələri AÇIQLANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 