Seçki bülletenlərinin 20,75 faizinin hesablanmasından sonra əldə olunan nəticələrə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi" partiyası parlamentdə 225 yer alır. ONN media xəbər verir ki, bu haqda “Ukraynskaya Pravda” nəşrinin saytında bildirilir. “Xalqın xidmətçisi” partiya siyahıları üzrə 121, majoritar qayda üzrə 104 yer qazanır. Son nəticələrə görə, Yuri Boykonun “Müxalifət platforması - həyat üçün” 42 (müvafiq olaraq 36 və 6), sabiq prezident Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası 27 (25 və 2), keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası 26 (25 və 1), “Səs” partiyası 21 (19 və 2) mandat qazanır. Qeyd edək ki, ötən gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Deputat korpusunun yarısı (225) partiya siyahıları, digər yarısı isə majoritar dairələrdə seçiləcək. Parlamentə 5 faizlik baryeri keçən partiyalar düşə biləcəklər. Bülletenlərin 20,75 faizinin sayılmasından sonra Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, “Xalqın xidmətçisi” 42,11 faiz səs toplayaraq liderliyini saxlayır. İkinci yerdə “Müxalifət platforması - həyat üçün” (12,69) gəlir. İlk beşliyi “Avropa həmrəyliyi” (8,68), “Batkivşina” (8,23) və “Səs” (6,39) bağlayır.
Zelenski Ali Radada neçə yer əldə edir – SON NƏTİCƏLƏR



Ukraynada səslərin 99 faizi sayıldı
Ukraynanın baş naziri kim olacaq?
Ermənistan proporsional seçki sisteminə keçdi
Qonşu ölkədə seçki sistemi dəyişdi
Nazarbayevin partiyası qalib gəldi
MSK-dan 6 siyasi partiya ilə bağlı QƏRAR
Daha bir partiya ləğv edildi
Parlament seçkilərinin rəsmi nəticələri açıqlandı - Avstriyada
DİQQƏT- Nəzərdə tutulan vaxt başa çatır
Netanyahu seçkilərdə uduzur
Gürcüstan MSK səslərin 90%-dən çoxunu hesabladı - YENİLƏNDİ
Türkiyədə seçkilərin yekun nəticələri açıqlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 