Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Akşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb. A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.
SON DƏQİQƏ: Dəmir yolu stansiyasında avtomatlı şəxs saxlanıldı



Lənkəran polisi əməliyyat keçirdi: 12 nəfər saxlanıldı
Lənkəranda narkoşəbəkə ələ keçdi
DTX və DİN Şuşada əməliyyat keçirdi
Dəmiryol stansiyasında narkotik satarkən tutldu
Bakının mərkəzində avtomatlı şəxs ələ keçdi
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
Polis əməliyyat keçirdi - Avtomobildən külli miqdarda narkotik tapıldı
Polis əməliyyat keçirdi: saxlanılanlar var
Qusar polisindən əməliyyat: HƏBS EDİLƏNLƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 