Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib. ONN media bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvannın kəsişməsində, yol kənarında tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb. Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov “Report”a bildirib ki, məhv edilən ağaclar Xan çinarı və Leylandr növünə aid olub. Onun sözlərinə görə, ağacları gecə saatlarında əraziyə gəlmiş naməlum şəxslər məhv ediblər: “Onlara etiraz edən iki mühafizə əməkdaşımızı isə otaqlarına salaraq qapını arxadan bağlayaraq əməllərinə davam ediblər. Ağacları qıran şəxslərin kimlikləri bilinmir”. Şikayətçi vurğulayıb ki, ağaclar ötən ilin sentyabr ayında qanuni şəkildə əkilib: “15 ədəd Çinar, 66 ədəd Leylandr, ümumilikdə isə 81 ədəd yeni ağac idi. Həmin ağacların 60-dan çoxu indi yoxdur”. Zərərçəkənlər hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. https://youtu.be/DQvVW8BhvWY
Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı YOX ETDİLƏR – VİDEO



Nazirlikdən tikinti şirkətlərinə XƏBƏRDARLIQ
Bərdədə "Qırmızı kitab"a düşən ağaclar kəsildi - Polis işə qarışdı
Oğuzda ağaclar kütləvi şəkildə məhv edilir - VİDEO
Xocavənd rayonunun işğalından 27 il ötür
Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
Ötən gecə ermənilərin bu texnikaları da MƏHV EDİLDİ - SİYAHI
Düşmənin xeyli sayda hərbi texnikası məhv edildi
Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO
Bakıda YANĞIN - Xəsarət alan var
Paytaxtın mərkəzində ərazini kimi özəlləşdirdi?
Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Bakıda 5000 ağac kəsiləcək - AÇIQLAMA - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 