Bakının mərkəzində piyada səkisinin xeyli hissəsi hasarlanıb.
ONN media xəbər verir ki, Yasamal rayonu, B. Vahabzadə küçəsi, metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən həmin ərazi dünən hasara alınıb. Ərazidə hansı işlərin aparılması ilə bağlı heç bir məlumat yoxdur.
Uzun illər həmin ərazidə yaşıllıq zolağı olsa da, ötən il Təbii Sərvətlər və Ekologiya Nazirliyinin əməkdaşları ərazidəki ağacları başqa yerə köçürmüşdü.
Həmin vaxt Nazirliyin mətbuat katibi İradə İbrahimova məsələ ilə bağlı "trend"-ə açıqlama verərək ağacların köçürülmə səbəbini açıqlamışdı. Qurum rəsmisi bildirmişdi ki, ağacların ərazidən köçürülməsinə səbəb yerin atlından keçən kabeldir:
“Ağaclar olduğu ərazidə yerin altından kabeldə nasazlıq baş verib. Problemi aradan qaldırmaq üçün həmin ərazidəki ağaclar çıxarılaraq digər əraziyə köçürülüb”.
Bir ildən sonra isə həmin ərazi hasarlanıb. Yeni obyekt tikiləcəyi iddia olunur.
Yasamal rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsnin müdiri Xaqan Teymurov "trend"-ə faktı təsdiqləsə də, ərazinin hansı səbəbdən hasarlanması barədə məlumat verməyib.
Şöbə müdiri bildirib ki, həmin ərazi özəlləşdirilib, şəxsi əmlakdır və əmlak sahibi özü həmin yeri hasara alıb və tikinti ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə layihə təqdim edib.
"Həmin ərazi şəxsi yerdir, sənədləri də var. Sahibkar həmin ərazini hasara alaraq İcra Hakimiyyətinə layihə təqdim edib. Hazırda həmin layihənin təsdiqlənməsi işləri həyata keçirilir",- deyə şöbə müdiri bildirib.
Şöbə müdiri qeyd edib ki, sahibkar hələlik ərazidə heç bir tikinti işləri aparmır: "Onun hələlik orada tikinti aparmağa icazəsi yoxdur. İcazə alandan və layihə aidiyyəti qurumlar tərəfindən təstiqlənəndən sonra orada tikinti işləri apara bilər"



Lökbatanda kəsilən ağacların cəzasını kim çəkəcək?
ETSN ağacların dibinə yanacaq tökənlərlə bağlı polisə müraciət etdi
ETSN-dan ağacların kəsilməyinə münasibət
Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı YOX ETDİLƏR – VİDEO
ETSN bu ərazini himayəyə götürüb
Paytaxtda xəstə ağaclar kəsilir
"Diqlas"ın yerində nə tikiləcək?
Polislər Bakıda bu ərazini tam nəzarətə götürdü - Video
Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - FOTOLAR
Bakıda evləri park ərazisinə düşən şəxslər 2,5 milyon tələb etdi
“Diqlas”ın yerində nə tikiləcək? - 3 qurumun cavabı
Nazirlik qanunsuz ağac kəsimini araşdırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 