İstanbulun Bahçeşehir rayonunda martın 31-də axşam saatlarında iki silahlı qrup arasında küçənin ortasında baş vermiş atışmanın motivi məlum olub. Həmin atışmada biri Azərbaycan vətəndaşı olmaqla 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb, 4 nəfər şübhəli hadisə yerindən qaçıb. ONN media xəbər verir ki, silahlı qrup əsl kriminal beynəlmiləl təşkil edib, onlar Rusiya, Gürcüstan, Suriya və Azərbaycan vətəndaşları olublar. Qrup üzvləri əvvəlcə mübahisə edib, daha sonra “razborka” silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəf silahlarını çəkib və küçənin ortasında atışıb. Hadisədə ölən Azərbaycan vətəndaşının adı Rbaba.R. olaraq göstərilir, digər ölən isə 40 yaşlı çeçen Khasan Y.-dir. Rusiya vətəndaşı gürcü Zurab N. və suriyalı Mohammed Y. İsə yaralanıb. Zurabın vəziyyətinin kritik olduğu bildirilir. Hadisə yerində polislər 2-i rus, biri çeçen olmaqla 3 şübhəlini saxlayıb, 4 tapança və 30 boş güllə darağı aşkar edib. Hadisə yerindən qaçan daha 4 şübhəli isə axtarılır. Atışmanın səbəbinin pul məsələsi olduğu bildirilir. İddiaya görə, iki qrup arasında daşınmaz əmlak satışından yaranan mübahisə olub. Gürcülərin qrupundan bir nəfər satın aldığı daşınmaz əmlaka görə 2 milyon TL az ödəyib, qarşı tərəf pulları istəyəndə mübahisə atışmaya çevrilib. Qeyd edək ki, bəzi Azərbaycan KİV-ləri silahlı qrupun üzvlərinin “Lotu Quli” və “Rövşən Lənkəranski”nin (hər ikisi sağ deyil) qruplaşmasının üzvləri olduqlarını iddia ediblər. Lakin bunu təsdiqləyən məlumatlar yoxdur. (virtualaz.org) https://youtu.be/UJW9QZxlXdY
Türkiyədə azərbaycanlı kriminal avtoritetin öldürülməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI



Küçədə DƏHŞƏT YAŞANDI: 1-i azərbaycanlı olmaqla 3 nəfər öldürüldü – VİDEO
Türkiyədə atışma olub- Azərbaycanlılar da yaralandı
ABŞ-da iki atışma nəticəsində 10 nəfər yaralanıb, ölən var
Meksikada 8 nəfər güllələnib
Gecə klubunda QƏTLİAM – 13 nəfər öldü
Məşhur aşbazın restoranına silahlı hücum olub
Türkiyədə avtobusu daşa basdılar - Azərbaycanlı xəstəxanalıq oldu
Qarabağda ölən sülhməramlıların sayı açıqlandı
Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı
Türkiyədə Çankırıda əyləncə mərkəzində silahlı münaqişə olub
Türkiyədə məhkəmə binasına silahlı hücum: 2 ölü, 5 yaralı
Türkiyədə AĞIR QƏZA: ölənlər və yaralananlar var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 