Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən aprel döyüşlərinə dair layihə həyata keçirilir.
ONN media xəbər verir ki, tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun aprel döyüşlərinə həsr etdiyi "Ovçu" romanı Daşkənddə Özbək dilinə tərcümə olunub. Kitabın yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulub. "Ovçu" romanını Özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib.
Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bildirib ki, bu döyüşlər bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Prezident İlham Əliyev vurğulamışdır ki, bu hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.
Yazıçı romanda tarixə nəzər salıb, ermənilərin yüz illərlə Azərbaycan xalqına qarşı apardığı işğalçılıq siyasəti, Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyinə səbəb olan, xalqımızın qəhrəmanlıq və zəfər tarixinin şanlı səhifələrindən olan aprel döyüşləri və ya "dördgünlük müharibə"ni öz əsərində əks etdirmişdir.
"Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.
Qeyd edək ki, "Ovçu" romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır. Olaylar



Yazıçı Yunus Oğuzun “Ovçu” romanı Daşkənddə özbək dilində çap edilib
Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib
Yunus Oğuzun "Ovçu" romanı dövlət mükafatına təqdim olundu
"Cığır" romanı özbək türkcəsində çap edilib - ÖZƏL
Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub
Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib
Daşkəndə Yunus Oğuzun “Atabəy Eldəniz” kitabının təqdimatı olub
“Ovçu” romanının müzakirəsi keçiriləcək
Özbəkistanda Azərbaycan yazıçısı Yunus Oğuz haqqında veriliş yayımlanıb
Daşkənddə Azərbaycan və özbək dillərində çap edilmiş şeirlər kitabının təqdimatı keçirilib
Milli qürur hissinin, vətən sevgisinin təcəssümü- "Ovçu" romanı
Bu gün "Ovçu" romanının müzakirəsi keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 