Hazırda Bakı şəhərindəki bütün Dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun mövcud vəziyyət nəzərə alınmaqla və müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərir. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayırlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirmişdir ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 348 məktəbəqədər təhsil müəsisəsi vardır ki, onların 330-u fəaliyyət göstərir. Hazırda yalnız 9 bağça koronavirusla başlı karantinə başlanıb. Qeyd edilməlidir ki, son 9 il ərzində 169 məktəbəqədər təhsil müəssisəində əsaslı təmir, yenidənqurma və sökülərək yenidən tikinti işləri həyata keçirilmişdir. 19 bağça sökülərək yenidən tikilib, 6 bağçanın həyətində yeni tədris korpusu inşa edilib, 7 yeni müəssisə yaradılıb. Bu məktəbəqədər təhsil müəssisələrində 2177 qrupda 41074 uşaq təlim-tərbiyə alır və orada ümumilikdə 11781 nəfər əməkdaş fəaliyyət göstərir ki, onlardan 4578 nəfəri bu günə vaksinasiya prosesindən keçib və qısa müddət ərzində bütün işçilərin vaksinasiyası başa çatdırılacaqdır.
Bakıda uşaq bağçaları işini adi qaydada davam etdirir



Uşaq bağçaları ilə bağlı xəbər var
Yanvarın 17-də uşaqları bağçalara aparmayın! - RƏSMİ XƏBƏRDARLIQ
Prezidentdən dövlət bağçaları ilə bağlı - SƏRƏNCAM
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
Azərbaycanda bu şəhər və rayonlardakı bağçalar da bağlanacaq
Bakı küçələrinin dezinfeksiyasına başlandı
Bakıda "dezinfeksiya həftəsi" elan edildi
Bakı küçələri növbəti dəfə dezinfeksiya edildi
Uşaq bağçalarına qəbulla bağlı YENİLİK
Baxçalarda qızılca və “donuz qripi”nə yoluxan var?
Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri genişləndirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 