Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, uşaqların müəssislərə qəbulunda şəffaflıq və digər məsələlərə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirədə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə təhsilə, xüsusi ilə də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat verilmiş, məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilmiş və artıq yay aylarında bir sıra bağçalarda təmir işləri görüləcəkdir.
Müşavirədə paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, ən əsası isə pedaqoji işçilərin yerləşdirilməsi və bu gün bir çoxlarını narahat edən məsələ olan bağçalara uşaqların qəbulunun şəffaf, neqativ hallara yol verilmədən aparılması müzakirə olunmuşdur.
Rəhbər işçilərə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilmiş, bildirilmişdir ki, qəbul məsələlərində nəzarətə götürülmüş və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcəkdır. Bu istiqamətdə işlər davam edir.
Məlumat üçün: İsrafil Kərimov – Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri
Tel: 050 322-34-83, 492-66-33-iş, bş[email protected]



Bakı Şəhər İcra Hakimiyyətində seminar-müşavirə keçirildi
Prezidentdən dövlət bağçaları ilə bağlı - SƏRƏNCAM
Bakıda uşaq bağçaları ilə bağlı VACİB QƏRAR - BUNDAN SONRA...
Uşaq bağçaları ilə bağlı xəbər var
Bakıda uşaq bağçaları işini adi qaydada davam etdirir
Prezidentlə xanımı Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında
Baxçalara ciddi XƏBƏRDARLIQ
Sertfikasiya imtahanı ilə bağlı YENİLİK
İlham Əliyev fərman imzaladı
Nazir məktəbəqədər təhsil proqramını təsdiqlədi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 