Bakıda sərnişin avtomobilin qabaq yan şüşəsindən çıxaraq video-çəkiliş edib. ONN media xəbər verir ki, belə bir görüntünü paytaxtın Nobel prospektində sürücülərdən biri çəkərək sosial şəbəkələrdə paylaşıb. ''90-SC-014'' dövlət nömrə nişanlı avtomobildə olan sərnişin heç bir təhlükəsizlik qaydalarına əməl etmədən yan şüşədən çıxaraq çəkiliş edib. Hətta sürücü saatda 70-80 km/sürətlə sərt döngəyə daxil olub və bu zaman da həmin sərnişin öz işini davam etdirib. Bu hərəkətlər isə sərnişinin həyatı üçün olduqca təhlükəlidir. Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdşları dərhal məsələni nəzarətə götürüblər. Həmin avtomobilin sürücüsü və təhlükəli hərəkətlərə yol verən sərnişin Azər Abdullayev idarəyə dəvət edilib. Azər Abdullayev ifadəsinə bildirib ki, bu təhlükəli hərəkəti törədərkən videoçarx hazırlamaq üçün çəkiliş edirmiş. Amma Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdşı Araz Əsgərli deyib ki, bunu kortəbii etmək olmaz və belə hal qaydalara ziddir. Onun sözlərinə görə, belə çəkilişlər etməzdən əvvəl mütləq qaydada əraziyə uyğun olaraq Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada müraciət etmək lazımdır. Araz Əsgərli onu da bildirib ki, belə hadisələr təkcə vətəndaşlar tərəfindən çəkilib sosial şəbəkələrdə paylaşılarkən araşdırılmır. Eyni zamanda ''Təhlükəsiz Şəhər'' kameraları vasitəsi ilə də belə faktlar aşkar edildikdə dərhal həmin şəxslər barəsində inzibati qaydada tədbir görülür. https://youtu.be/eTpPdTzwcSQ
Bakıda gənc oğlan bu əməlinə görə saxlanıldı



Bakıda fahişəxanadan çəkiliş - Döyülənlər var
Bakıda sərnişin avtobusu qəza törətdi
Azərbaycanda qorxulu olay: ayağı çöldə maşın idarə edir - VİDEO
Bakıda taksi sürücüsü saxlanıldı: xanım sərnişini...
Bakıda yol polisi ilə sürücü arasında dava olub
Bakıda sərnişin avtobus sürücüsünü VURDU - VİDEO
Bakıda dəhşətli qəzaya görə hər iki sürücü HƏBS EDİLDİ
Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı
Yol polisindən bəzi sürücülərə SƏRT XƏBƏRDARLIQ
Bakıda avtomobil aşdı- Xəsarət alan var
Bakıda 180 km sürətlə avtomobil sürən xanım SAXLANILDI
Aeroport yolunda təhlükəli anlar yaşandı... - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 