Azərbaycanda həyata keçirilən iqtisadi siyasət çərçivəsində aksiz dərəcələri mərhələli şəkildə artırılır.
ONN media bildirir ki, məqsəd sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması və aksizli məhsullardan istifadə üzrə qarşıya qoyulan hədəflərə mərhələli şəkildə nail olmaqdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 5 aprel 2021-ci il tarixli 87 nömrəli Qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli 20 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən:
- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və hər kiloqramına 30,0 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;
- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları aksiz vergisinə cəlb olunan malların siyahısına əlavə edilmiş və 1000 ədədinə 12,9 manat olmaqla aksiz dərəcəsi müəyyən edilib;
- tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üzrə aksiz dərəcəsi 1000 ədədinə 31,0 manatdan 43,0 manata;
- tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlər üzrə aksiz -dərəcəsi 1000 ədədinə 39,0 manatdan 43,0 manata;
- elektron siqaretlər üçün maye üzrə aksiz dərəcəsi hər litrinə 20 manatdan 100 manata artırılıb.(ölkə.az)



Azərbaycanda benzinlə bağlı YENİ QƏRAR
Spirtli içkilərlə bağlı qərar sabahdan qüvvəyə minir
Siqaretin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Azərbaycanda siqaret bahalaşacaq- VERGİ 2 DƏFƏDƏN ÇOX ARTIRILDI
Spirtli və energetik içkilər üçün aksiz qiymətləri — ARTIRILDI
Alkoqollu içkilər bahalaşacaq
Benzinlə bağlı mühüm qərar
PİS XƏBƏR- Siqaretin qiyməti bahalaşdı
Sabahdan bu məhsulların qiyməti qalxır
Siqaret bahalaşdı
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR: sabahdan 15 faiz...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 