"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün maye aksizli malların siyahısına daxil edilib, siqar və siqarilllalar fərqli aksiz dərəcəsi tətbiq olunmaqla yeni redaksiyada verilib və siqaretlərin isə aksiz dərəcəsi artırılıb.
ONN media xəbər verir ki, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli qərarına əsasən, həmin malların Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə sinifləşdirilməsi məqsədi ilə alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər , elektron siqaret üçün maye, siqaret, siqar ve siqarillaların müvafiq mal mövqelərinin kodları müəyyənləşdirilib.
Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqaret üçün mayeyə, siqaret, siqar ve siqarillalar əvvəllər sadəcə idxal rüsumuna cəlb olunurdusa, Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə cari ilin fevral ayının 10-dan etibarən bu mallara həm də aksiz vergisinin tətbiqi nəzərdə tutulub.
"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilib.
Qeyd edək ki, aksiz vergisinin tətbiq edilməsi ilə əlaqədar fevralın 10-dan etibarən energetik içkilər və siqaretin qiymətində bahalaşma olacaq. (ölkə.az)



Spirtli içkilər və qazlı sularla bağlı XƏBƏR VAR
Ölkədə siqaret və içki bahalaşdı
Siqaret və spirtli içki istifadəçilərinə BƏD XƏBƏR - QİYMƏTLƏRİ QALXIR
Bu şəxslərə alkoqollu energetik içkilər SATILMAYACAQ
Siqaret və spirtli içkilər üçün rüsumlar bir qədər də artırıla bilər
Siqaret çəkənlərə BƏD XƏBƏR
Aksizdən sonrakı qiymətlər- Kəskin bahalaşma
Siqaretin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Siqaret və alkaqollu içkilər bahalaşacaq?
Spirtli və energetik içkilər üçün aksiz qiymətləri — ARTIRILDI
Yanvardan bu məhsullar BAHALAŞACAQ
Enerji içkilərinin satışı dayandırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 