Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən Stavropolskiy broyler MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan, 11.05.2021-ci il tarixində Hereti Bottling Company MMC, 13.05.2021-ci il tarixində isə AzFood Company MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 37 842.88 kq) quşçuluq məhsulunda (toyuq dərisi) mikrobioloji (Salmonella <25 g) göstəricilərin yol verilən həddən çox olduğu aşkarlanıb. Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində qərar qəbul edilib. Yüksək riskli müəssisə kimi istehsalçı və idxalçı müəssisələrin bütün idxal partiyaları laborator müayinələrə cəlb olunub.
Növbəti dəfə 10.08.2021-ci il tarixində Rusiya Federasiyasında fəaliyyət göstərən Stavropolskiy broyler MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan və AzFood Company MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 19 135.23 kq) quşçuluq məhsulundan (toyuq dərisi) nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulun mikrobioloji (Salmonella <25 g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar edilib. Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib, məhsulun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Məsələ ilə əlaqədar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumatlandırılıb.
Qeyd edək ki, daha əvvəl də aşkar edilmiş uyğunsuzluqlarla bağlı adıçəkilən müəssisədən məhsulların ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin zəmanəti əsasında 2020-ci il 18 noyabr tarixində bu məhdudiyyət aradan qaldırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində davamlı tədbirlər görür.



Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
İrandan gətirilən 64 ton kartof geri qaytarıldı
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
Rusiyadan gətirilən toyuq məhsulları yararsız çıxdı
İrandan gətirilən xurma yararsız çıxdı
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
İçməli su ilə bağlı vətəndaşlara müraciət
Azərbaycan İrana bildiriş göndərdi
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
Kinder yumurtadan virus tapılıb? - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 