2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə ONN media -ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu qəzalarda 125 nəfər həlak olub, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7%) fakt, ölənlərin sayı 56 (-30,9%) nəfər, yaralananların sayı isə 8 (-2,1%) nəfər azalıb.
Aparılan təhlillər göstərir ki, 365 (97%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 - 2,4%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2%-i, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8%-i isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 - 37,7%, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1%, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.
Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər,) 50-i piyada, 42-i sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.



Sərxoş sürücülər 5 nəfərin ölümünə səbəb oldu
Azərbaycanda sürücülər ən çox bu qaydaları pozurlar – SİYAHI
Azərbaycanda yol qırğını - 13 NƏFƏR ÖLDÜ
Azərbaycanda yanğın və partlayışda ölənlərin SAYI AÇIQLANDI
Azərbaycanda boşanma ilə bağlı QORXUNC STATİSTİKA
60 erməni hərbçi ölüb - Düşmən ordusunda xaos
Azərbaycanda 36 nəfər yanğınlarda həlak olub
DYP xanım sürücülərə xəbərdarlıq etdi
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
DYP sürücülərə müraciət etdi
Ermənistanda sürücü avtomobillə hərbçilərin üzərindən keçdi: Ölənlər və yaralılar var
Həftəsonu DƏHŞƏT YAŞANDI: 8 nəfər öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 