Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi velosiped sürənlərə müraciət edib.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində Bakı şəhər DYP İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyik ki, bu tip nəqliyyat vasitələrini idarə edən bəzi sürücülər yol hərəkəti, eləcə də təhlükəsizlik qaydalarına səthi yanaşırlar ki, sonda xoşagəlməz hallar baş verir. Belə ki, ötən il ərzində paytaxt ərazisində velosipedçilərin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzalar zamanı 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Mövcud qanunvericiliyin tələblərinə əsasən velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər.
Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.



Yol polisi piyadalara müraciət etdi
Maşınını səkidə saxlayan sürücülərə xəbərdarlıq
DYP sürücülərə xəbərdarlıq edib
Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
Skuter sürənlər cərimələnirlər?
Bu şəxslərin DİQQƏTİNƏ- NƏZARƏTDƏSİNİZ
Gəncədə yol polisi reyd keçirdi
DYP "Formula" ilə bağlı sürücülərə müraciət etdi
Ərzaq daşıyan sürücülərə DYP-dan müraciət
DYP bu sürücülərə müraciət etdi
DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ
Sürücülərin DİQQƏTİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 