İştahanız səbəbsiz artıbsa, daim yemək istəyirsinizsə, buna ciddi fikir vermək lazımdır. Bəzən bu hal orqanizmdə baş verən hər hansı pozulmaya işarə edə bilər. Artmasının bəzi bilmədiyiniz səbəbləri ilə tanış edirik: 1. Depressiya Bəzi depressiyadan əziyyət çəkən insanlar yeməkdən demək olar tam imtina edir, lakin bir çoxları isə əksinə daim yeyir və özünə nəzarət edə bilmir. 2. Yuxunun az olması Alimlərin müşahidələrinə görə, yuxusuzluqdan əziyyət çəkən, müxtəlif səbəblərə görə (iş rejimi, normal yuxu üçün şəraitin olmaması və s.) az yatan insanlar artıq çəki və piylənmədən normal yuxu alan insanlarla müqayisədə daha tez-tez əziyyət çəkirlər. Yuxunun az olması hormonlara və xüsusilə iştahanı tənzimləyən leptin və qrelin hormonlarına təsir edir. Bu hormonların tarazlığı pozulanda iştaha artır. 3. Səhər yeməyindən imtina Səhər yeməyi ən vacib qida qəbuludur. Səhər yeməyi orqanizmdə mübadilə proseslərini "qoşur". Müşahidələr göstərir ki, səhər yeməyindən imtina edən insan gün ərzində daim anomal aclıq hiss edir, daha çox yeyir və onda doymaq hissi gec yaranır. 4. Stress Stress insanı daha çox yeməyə vadar edir. Stress vəziyyətində insan daha çox şirniyyat və kalorili yeməklərə üstünlük verir. 5. Qidalanmada zülalın çatışmazlığı Zülallar gec parçalanır və mənimsənilir və nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Zülalla zəngin olan məhsullar arasında: ət, balıq, yumurta, süd məhsulları və s. 6. Lifli qidaların azlığı Liflə zəngin olan məhsullar (tərəvəzlər, paxlalılar, yarmalar və s.) da gec həzm olunur və qanda qlükozanın səviyyəsini stabil saxlayır. Bildiyimiz kimi, qanda şəkərin kəskin artması aclığa səbəb olur. 7. Qanda şəkərin yüksək səviyyədə olması Əgər şəkərin səviyyəsi normal tənzimlənmirsə, insan tez acır, doymur və yeməkdən az bir müddət keçdikdən sonra yenə yemək istəyir. Bu şəkərli diabetin inkişafına işarə edə bilər.
Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI



Mən niyə yuxudan doymuram? SƏBƏBLƏR
Yuxusuzluq buna səbəb olur - DİQQƏT
Səhər yeməyinin faydaları nələrdir?
Xoruldayanların nəzərinə - xoruldamaq ölümcül təhlükəlidir!
Əllə yeməyin faydası və ziyanı NƏLƏRDİR?
Kivinin inanılmaz faydaları
Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
Səhər yeməyindən əvvəl kofe içmək nəyə səbəb olur?
Arıqlamağın düşməni tapıldı
Yuxusuzluqdan əziyyət çəkənlər mütləq oxuyun
Yemək yeyəndə su içmək olarmı?
Məşhur həkim bütün iddiaları RƏDD ETDİ: “Səhər yeməyi qadağan edilməlidir”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 