Aprelin 22-də Ağdaş, Beyləqan, Cəlilabad, Goranboy, Qobustan, Salyan, Ucar, Xaçmaz, Zaqatala rayonlarında və Naftalan şəhərində, aprelin 23-də isə Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən ONN media -ya bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər. Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir. Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. Qeydlər: - Digər şəhər və rayonlar üzrə imtahanlar 29, 30 aprel tarixlərində keçiriləcək. Təqvim DİM-in saytında verilib. - Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. - Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. - Tədrisi gürcü dilində olan məktəblərin şagirdləri aprelin 23-də imtahan verirlər. - Ölkə üzrə tədrisi ingilis, fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri aprelin 29-da imtahan verirlər.
DİM-dən buraxılış imtahanı verəcək şagirdlərə MÜRACİƏT



DİM-dən buraxılış imtahanları ilə bağlı şagirdlərə MÜRACİƏT
Aprelin 21-də 30 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
DİM buraxılış imtahanları ilə bağlı məlumat yaydı
Buraxılış imtahanının tarixi bəlli oldu
DİM-dən şagirdlərə MÜRACİƏT - Bu qaydalara əməl etməyənlər...
Buraxılış imtahanının birinci mərhələsi bu tarixdə keçiriləcək
DİM bu şagirdlərə müraciət etdi
9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi nə vaxt keçiriləcək? - AÇIQLAMA
Sabah 9 minə yaxın şagird buraxılış imtahanı verəcək
Aprelin 30-da növbəti buraxılış imtahanı keçiriləcək
Bu tarixdə imtahan verəcək şagirdlərin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 