Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib.
ONN media müraciətin mətnini təqdim edir:
"Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylərində (qeyd olunan rayonlarda) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Martın 5-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər".
Qeydlər:
- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
- Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər



DİM-dən şagirdlərə MÜRACİƏT - Bu qaydalara əməl etməyənlər...
Aprelin 21-də 30 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Buraxılış imtahanının tarixi açıqlandı
DİM-dən buraxılış imtahanı verəcək şagirdlərə MÜRACİƏT
DİM-dən buraxılış imtahanları ilə bağlı şagirdlərə MÜRACİƏT
DİM buraxılış imtahanları ilə bağlı məlumat yaydı
Aprelin 30-da növbəti buraxılış imtahanı keçiriləcək
DİM bu şagirdlərə müraciət etdi
Buraxılış imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ
9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi nə vaxt keçiriləcək? - AÇIQLAMA
Buraxılış imtahanının tarixi bəlli oldu
Mart və apreldə keçiriləcək imtahanların tarixləri...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 