Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəhin başçılıq etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib. Heyətdə 14 nazir, 5 nazir müavini və digər rəsmi şəxslər, eləcə də Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Muhammed El-Haddad təmsil olunurlar. ONN media xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Baş naziri Əbdülhəmid Dbeybəh ilə görüşüb. Eyni zamanda heyətdə təmsil olunan nazirlər türkiyəli həmkarları ilə ayrı-ayrılıqda bir araya gəliblər. Türkiyə-Liviya Yüksəksəviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçirilib. İki ölkə arasında beş əməkdaşlıq protokolu imzalanıb. Prezident Rəcəb Tayyib Ərdoğan və Liviyanın Baş naziri Əbdülhəmid Dbeybəh birgə mətbuat konfransı keçiriblər. Türkiyə dövlət başçısı diqqətə çatdırıb ki, Liviyanın ərazi bütövlüyünün və siyasi birliyinin qorunması, əhalinin rifahı ən mühüm hədəflərimizdəndir. Liviyaya hərtərəfli yardımlarını davam etdirən Türkiyə sabahdan etibarən COVID-19 infeksiyasına qarşı 150 min peyvənd çatdıracaq. Liviyada davamlı atəşkəsə nail olmaq üçün Türkiyənin səylərinə görə təşəkkürünü ifadə edən Baş nazir Əbdülhəmid Dbeybəh diqqətə çatdırıb ki, digər məsələlərdə olduğu kimi enerji sahəsində də qarşılıqlı əməkdaşlıq etmək istəyirlər.
Türkiyə ilə Liviya arasında 5 əməkdaşlıq protokolu imzalandı



Ərdoğan İtaliyanın Baş naziri ilə Ankarada görüşdü
Türkiyə ilə İtalya arasında mühüm sənədlər imzalandı
Ərdoğan Türkiyə və Azərbaycan arasındakı protokolu təsdiqlədi
Ankarada təkbətək görüş: "Bu məsələ ciddi şəkildə müzakirə olunub"
Türkiyə bu ölkədə hərbi dəniz bazası yaradacaq - YENİ RAZILAŞMA
Ərdoğan Azərbaycanla bağlı VACİB SƏNƏDLƏRİ imzaladı
Türkiyəli nazir Liviyaya səfər edib
Türkiyə-Qazaxıstan münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldi
Ərdoğan Azərbaycanla bağlı protokolu təsdiqləyib
Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
Ərdoğan və Angela Merkel görüşdü (YENİLƏNDİ)
SON DƏQİQƏ: Çavuşoğluyla Lavrov arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 