İtaliyanın Baş naziri Mario Draqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri uğurla keçib. İki dost ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb.
ONN media xəbər verir ki, iki ölkə liderləri, eləcə də heyətlərarası görüşlərdən, həmçinin üçüncü hökumətlərarası zirvə toplantısından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Mario Draqin birgə mətbuat konfransı keçiriblər.
Əvvəlcə liderlər müzakirə olunan məsələlər barədə ümumi məlumat veriblər. Diqqətə çatdırılıb ki, Türkiyə ilə İtaliya arasında əməkdaşlığın dinamikası, beynəlxalq və regional proseslər müzakirə olunub.
Bölgəmizdə baş verən proseslərin Türkiyənin bir çox sahələrdə Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı bir həftə, 10 gün ərzində danışıqları intensivləşdirib Qara dənizdə taxıl daşınmasına dair nəticə əldə etməyə çalışacağıq.
Prezident Rəcəb Tayyib Ərdoğan ifadə edib ki, SAMP-T (hava hücumundan müdafiə sistemi) məsələsində imza mərhələsinə gəlmək istəyirik. Çünki bu, müdafiə sistemlərimiz üçün də böyük əhəmiyyət kəsb edir.
İki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafını yüksək dəyərləndirən Mario Draqin Türkiyənin Qara dənizdə taxıl daşınmasına dair vasitəçilik missiyasının böyük əhəmiyyətə malik olduğunu bildirib.
Xatırladaq ki, iki ölkə arasında hökumətlərarası zirvə toplantısının birincisi 2008-ci ildə İzmirdə, ikincisi isə 2012-ci ildə Romada keçirilib.



Türkiyə ilə Liviya arasında 5 əməkdaşlıq protokolu imzalandı
Ankarada təkbətək görüş: "Bu məsələ ciddi şəkildə müzakirə olunub"
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Ərdoğan İtaliyanın baş naziri ilə görüşdü
Putin və Zelenskidən nə aslıdır?- Ərdoğan açıqladı
Ərdoğan Leyen, Draqi və Rutte ilə görüşdü
İlham Əliyev Ərdoğanla danışdı
Ərdoğan Merkellə regional məsələləri MÜZAKİRƏ ETDİ
Türkiyə-Qazaxıstan münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldi
Ərdoğan Azərbaycanla bağlı VACİB SƏNƏDLƏRİ imzaladı
Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi
Ərdoğan və Putin nəyi müzakirə etdi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 