Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub. ONN media xəbər verir ki, bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib: “Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalısın”. Xatırladaq ki, martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılmışdı. Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar vermişdi. Qeyd edək ki, 11 dekabr 2020-ci ildə keçirilən AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmiş, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunmuşdu. /yenisabah.az/
Əlövsət Quliyev öz vəzifəsinə geri döndü



Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR işdən çıxarıldı və...
Ramiz Mehdiyev məhkəməyə verildi
AMEA-da iki vacib təyinat
AMEA-da iki akademik üzvlükdən kənarlaşdırıldı
Məmməd Salmanov işdən AZAD EDİLDİ
Dadaş Hüseynova yüksək vəzifə verildi
Ramiz Mehdiyev onu İŞDƏN ÇIXARDI
AMEA-da YENİ TƏYİNATLAR
Ramiz Mehdiyev bu şəxsi yüksək vəzifəyə təyin etdi
Ramiz Mehdiyev istefa verdi
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 