AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığınca-ğının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib. Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə akademik Rasim Əliquliyevin namizədliyi irəli sürülür. Akademik Cavad Abdinov qeyd edib ki, akademik Rasim Əliquliyev nüfuzlu beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 180-dən çox olmaqla 650 elmi əsərin (400-dən çoxu xaricdə) müəllifi, 20-dən çox beynəlxalq və respublika səviyyəli elmi jurnalın redaksiya heyətinin üzvüdür. Rasim Əliquliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. Alim 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi olub. Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. Alimin milli informasiya təhlükəsizliyi sisteminin konsepsiyasının hazırlanması və reallaşdırılması üçün bir sıra yanaşmalar təklif etdiyini qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, akademik Rasim Əliquliyev, həmçinin strateji əhəmiyyətli mürəkkəb texniki sistemlərin layihələndirilməsi və tətbiqi işlərinə töhfələr verib: “Akademik R.Əliquliyev Azərbaycan Respublikasının “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası”nın və Avropa Birliyinin nəzdində fəaliyyət göstərən GEANT Baş Assambleyasının üzvüdür. Alim Azərbaycan Respublikasının “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub”. Onlayn iclasda akademik Rasim Əliquliyevin elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib. Daha sonra açıq səsvermə ilə akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub
Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçildi



Şamaxı Rəsədxanasına baş direktor seçildi
Misir Mərdanova YÜKSƏK VƏZİFƏ VERİLDİ
AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
Azərbaycanda yeni institut YARADILIR
AMEA-ya yeni vitse-prezident seçildi
AMEA-da professora vəzifə verildi
Azərbaycanda YÜKSƏK VƏZİFƏLİ ŞƏXSLƏR işdən çıxarıldı və...
AMEA-da iki vacib təyinat
AMEA Qarabağda tədqiqat işlərinə başladı
Rəyasət Heyətinin növbəti iclası keçirilib
Məmməd Salmanov işdən AZAD EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 