Ermənistan Prezidenti Armen Sərkisyanın Gürcüstan səfəri çərçivəsində diplomatik qalmaqala səbəb olacaq hadisə yaşanıb. ONN media xəbər verir ki, Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib. Armen Sərkisyan bununla Türkiyə Respublikasına qarşı ölkəsinin ərazi iddialarını nümayiş etdirib. Qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan lideri şüurunda “Ararat” hesab etsə belə, əslində Türkiyə ərazisindəki Ağrı dağını rəsm etdiyini bilir və görünür məqsədyönlü şəkildə təxribat xarakterli bu addımı atmaqdan çəkinməyib. Ən maraqlısı isə onun gürcü həmkarı Salome Zurabişvilinin sözügedən mətni və “sənət əsəri”ni sosial şəbəkə hesabında paylaşmasıdır. Üstəlik S.Zurabişvili paylaşımında erməni və gürcü xalqlarının dostluğundan bəhs edir. Belə olan halda isə maraqlı suallar yaranır: Gürcüstan prezidenti erməni həmkarının təxribatına gözmü yumur? Yoxsa qonşu dövlətin lideri Ermənistanın Ağrı dağına iddialarından bixəbərdir? Salome Zurabişvili xəbərdar olmasa belə, onun ətrafında, aparatında, ofisində bu iddialardan xəbərdar olan biri yoxdurmu? Yeri gəlmişkən Ermənistan elə Gürcüstanın özünə qarşı da ərazi iddiaları irəli sürür, Samtsxe-Cavaxeti bölgəsini “tarixi torpaqları” hesab edir. Heç kəsə sirr deyil ki, ermənilərin həmin bölgəni “Cavakx” adlandırması belə təkcə millətçi gürcüləri deyil, Gürcüstanda yaşayan hər kəsi qəzəbləndirir və narahat edir. Görəsən, Ermənistan prezidenti və ya başqa bir dövlət rəsmisi həmin vərəqdə “Ararat” (Ağrı dağı) əvəzinə “Cavakh” yazsaydı, gürcü lider yenə bunu fəxrlə paylaşıb xalqların dostluğundan bəhs edərdimi?(oxu.az)
Ermənilərin Türkiyəyə ərazi iddiaları, Zurabişvilinin paylaşımı…



Ermənistan prezidenti Gürcüstana səfər edəcək
Ermənistan prezidenti istefa verdi
İrəvanın Türkiyə ilə sərhəddi açmaqda məqsədi nədir?
Ermənistanın bir hissəsi Azərbaycana veriləcək - ŞOK İDDİA
Gürcüstan Prezidenti nənə oldu
Gürcüstan parlamentinin sədri Kiyevdə Ukraynaya dəstək ifadə edib
Ermənistan Prezidenti Gürcüstanda səfərdədir
Gürcüstan prezidenti: "Gürcü və Azərbaycan xalqlarını..."
Gürcüstan prezidenti əhalini etiraza çağırdı
Armen Qriqoryan Xankəndiyə gəldi- BAKIDAN REAKSİYA
Ermənistan prezidenti xəstəxanadan buraxıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 