Kiyevdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşüb.
ONN media xəbər verir ki, görüşdən sonra keçirilən birgə brifinqdə gürcü spiker Gürcüstanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini təsdiqləyib.
Ş.Papuaşvili deyib ki, Buça, İrpen, Borodyanka, Kramatorskda gördüklərini sözlə ifadə etmək mümkün deyil: “Rusiya bu müharibəyə son qoymalı, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət etməli və ukraynalıların seçimini qəbul etməlidir”.
Spikerin özlərinə görə, Ukraynada bu gün baş verənlər Gürcüstan vətəndaşlarına yad deyil, belə ki, gürcü xalqı 1990-cı illərdə və 2008-ci ildə bu hadisələri yaşayıb. O, Ukraynada sülhün tezliklə bərqərar olacağına ümid etdiyini bildirib.
R.Stefançuk öz növbəsində gürcü həmkarına Ukraynaya səfərə görə təşəkkür edib. O qeyd edib ki, bu səfər həmrəylik və dəstəyin əhəmiyyətli göstəricisidir.



Gürcüstan nümayəndə heyəti Ukraynaya gedir
Gürcüstan parlamentinə yeni SƏDR SEÇİLDİ
Gürcü deputatlar Azərbaycana gəldi
İrəvanla Bakı arasında sülh sazişinə dair irəliləyişlər
Azərbaycanlı deputatlar Kiyevdə
İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb - YENİLƏNİB
Parlamentdə BİYABIRÇILIQ- Dava düşdü
Pakistandan Zəfər Günü təbriki
Gürcüstanda Qələbə Gününün tarixinin dəyişdirilməsi təklif olundu
Ukraynanın I vitse-spikeri: “Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik”
Blinkenin köməkçisi Azərbaycana gəldi
Bayden Kiyevdən bəyanat verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 