Azərbaycan neftinin qiyməti bahalaşıb. ONN media xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 66,28 dollar təşkil edib. Londonun ICE birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,17 dollar geriləyərək 66,77 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,33 dollar ucuzlaşaraq 63,13 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub. Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal xam neft tələbatının bərpası kövrək olaraq qalır. Agentliyə görə, qlobal xam neft tələbatı cari ilin ilk rübündə gözləntilərin altında qalsa da, müsbət iqtisadi proqnozlar və güclü iqtisadi göstəricilər tələbatla bağlı proqnozun yuxarı istiqamətli dəyişdirilməsinə şərait yaradır. Digər tərəfdən, əsas neft istehlak edən ölkələrdə COVID-19-a yoluxmaların sayının artması səbəbindən tələbatın bərpası kövrək olaraq qalır.
Azərbaycan nefti bahalaşdı



Azərbaycan nefti də bahalaşdı
Azərbaycan neftinin qiyməti qalxdı
Azərbaycan nefti bahalaşır
Azərbaycan nefti bahalaşdı
Neftin son qiyməti
Azərbaycan nefti 69 dollardan satılır
“Brent” neftinin qiyməti 82 dolları keçib
Dünya birjalarında neft SON QİYMƏTİ
Dünya birjalarında neft bahalaşıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 