“Yenə də 35 saylı Xətai 3-cü seçki dairəsindən Milli Məclisin boş qalan yerinə namizədliyimi irəli sürəcəyəm”. ONN media bildirir ki, bunu publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri (ASDP), keçmiş millət vəkili Araz Əlizadə deyib. ASDP sədri bildirib ki, hələlik Milli Məclisin boş qalan yerlərinə seçkilərin nə zaman keçiriləcəyi ilə bağlı onda məlumat yoxdur: “Xəbər məlum olanda mətbuatda da gedəcək. Nə vaxt desələr, onda da hazırlıqlara başlayacağıq. Hazırda günlük işlərlə məşğulam. Partiyaya gedib-gəlirəm. 2022-ci ildə partiyanın qurultayı keçiriləcək. Hələlik hər hansı hazırlıq işləri getmir. Çünki 2022-ci ilə hələ çox vaxt qalır”. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib. MSK-nın qərarına görə, nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov. Həmçinin, Milli Məclisin mərhum deputatı Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib və 116 saylı Qəbələ seçki dairəsi boşdur.
Araz Əlizadə bu dairədən namizəd olacaq - Özü AÇIQLADI



Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI - VİDEO
Mərkəzi Seçki Komissiyasında sabah kritik TOPLANTI BAŞ TUTACAQ
35-ci dairədə vəziyyət gərginləşir: Araz Əlizadə təkrar seçkiyə qatılacaq
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək
Bu dairələrdə təkrar seçki olacaq?- AÇIQLAMA
Hadi Rəcəbli qərarını dəqiqləşdirməyib — AÇIQLAMA
SON DƏQİQƏ: Deputatların koronavirus yoxlamasının nəticəsi açıqlandı
MSK yenə toplanır: daha iki dairə ləğv edilir?..
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 