Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanın deputatlığa namizədlərini təsdiq edib. YAP 125 seçki dairəsindən ikisində namizəd irəli sürməyib. Belə ki, hakim partiyanın 3 saylı Babək-Kəngərli-Naxçıvan və 122 Xankəndi seçki dairələrindən namizədi yoxdur. Qeyd edək ki, 3 saylı seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev olub. Səttar Möhbalıyev bitərəf deputat olduğundan yenə də həmin dairədən namizədliyini irəli sürüb. Xankəndi seçki dairəsinin beşinci çağırış Milli Məclisin deputatı isə Flora Qasımova olub. Flora Qasımova 2020-ci il fevralın 9-da keçiriləcək seçkilərə qatılmaqdan imtina edib. Həmin dairədən namizədliyini Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev irəli sürüb. Ehtimallara görə, YAP-ın bu iki dairədən namizəd irəli sürməməsinin səbəbi məhs adını çəkdiyimiz şəxsləri müdafiə etməsi ilə bağlıdır. Hakim partiya ötən parlament seçkilərində də Səttar Möhbalıyevin və Zeynəb Xanlarovanın deputatlığa namizəd olduğu dairələrdən namizəd irəli sürməmişdi.
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB



Aqil Abbas yenidən deputatlığa namizəd oldu
YAP bu şəxsi deputat siyahısından çıxardı
YAP Xalq artistinin namizədliyini irəli sürdü
Milli Məclisə seçilən deputatlarla bağlı MARAQLI MƏLUMATLAR
Hadı Rəcəbli seçkilərə gedir – Siyahıda ADI VAR
Əflatun Amaşov seçkilərə qatılmır?
Araz Əlizadə bu dairədən namizəd olacaq - Özü AÇIQLADI
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
Seçicilərin ən çox və ən az səsini toplayan namizədlər
Üç məşhur YAP siyahısından çıxarıldı
Növbədənkənar prezident seçkilərində YAP-ın namizədi kim olacaq? - RƏSMİ
YAP-ın iclası bitdi: Namizədlərin adları... - Siyahı yenilənir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 