Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reydləri davam etdirirlər. Bu barədə ONN media -ya FHN-dən məlumat verilib. Belə ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan və Xəzər rayonunun Türkan qəsəbələrinin Xəzər dənizi ərazisində təşkil edilən reyd zamanı 15 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqələri, təchizat və xilasetmə vasitələri yoxlanılıb. Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib. Eyni zamanda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb. https://youtu.be/zGOT2bIKbbk
Xəzərdə reyd: 4 gəmi istifadəçisi cərimələndi (VİDEO)



Kiçikhəcmli gəmi istifadəçiləri məsuliyyətə cəlb edildi
Bakıda özünü Xəzərə atan şəxs XİLAS EDİLDİ
Xəzərdə batan şəxs xilas edildi
DƏHŞƏTLİ OLAY: Bakıda gəzinti qayığı çevrildi
FHN 7 nəfəri son anda XİLAS ETDİ
Çimərkən batmaq təhlükəsi yaşayan 4 nəfər xilas edildi
Dənizkənarı Milli Park yaxınlığında qayıq itib
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi
Xəzər dənizində iki gəmi toqquşdu- ÖLƏNLƏR VAR
46 yaşlı kişi dənizdə batdı
Xəzərdə batan var
12 yaşlı yeniyetmə göldə batdı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 