Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reyd keçirib.
Nazirlikdən verilən məlumata görə, Sumqayıt şəhərinin Corat, H.Z.Tağıyev, Abşeron rayonunun Novxanı və Xızı rayonunun Şuraabad yaşayış məntəqələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 9 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqəsi, təchizat və xilasetmə vasitələri yoxlanılıb.
Yoxlamanın nəticəsi olaraq, kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, kiçikhəcmli gəmi istifadəçilərinə bu tipli su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, kiçikhəcmli gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının zəruriliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.



Xəzərdə reyd: 4 gəmi istifadəçisi cərimələndi (VİDEO)
Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi
Çimərkən batmaq təhlükəsi yaşayan 4 nəfər xilas edildi
Xəzərdə batan şəxs xilas edildi
Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildi
Dənizdə 5 nəfəri xilas edildi - FHN
FHN 7 nəfəri son anda XİLAS ETDİ
Dənizdə köməksiz olan 2 balıqçı...
FHN köməksiz balıqçını xilas etdi
Novxanıda özünü dənizə atdı
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi
Bakıda özünü Xəzərə atan şəxs XİLAS EDİLDİ
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 