Aprelin 19-da Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib. ONN media bildirir ki, açılışda iştirak dən Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb. Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir? “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır. Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz. Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq. Prezident İlham Əliyev: Bəs, ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada? Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir. Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda? Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir. Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq. Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik. Prezident İlham Əliyev: Bəs, orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır? Baba Rzayev: Hər yerə verilib. Prezident İlham Əliyev: Şuşada da heç bir problem yoxdur.
İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlandı



İlham Əliyev açılışda - YENİLƏNDİ
Bu rayondan Kəlbəcərə yeni xətt çəkilir
Prezident İlham Əliyev açılışda
İlham Əliyev “Müşfiq” yarımstansiyasının açılışında
Prezident və xanımı Şuşada (YENİLƏNDİ)
İlham Əliyev Qarabağda ilk təməlqoyma mərasimindən - FOTOLAR
Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək - Prezident
Prezident Tərtər və Bərdə rayonlarında səfər etdi
Prezident: "Azərbaycan regionda sülhə sadiqdir"
İlham Əliyev bu yarımstansiyaların açılışını etdi
Prezident Talış kəndində və Suqovuşanda bayrağımızı ucaltdı
İlham Əliyev Kəlbəcərlə bağlı MÜHÜM SƏRƏNCAM İMZALADI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 