Aprelin 23-dən Bakıda 119 nömrəli marşrut xətti ( “Memar Əcəmi” metro stansiyası –Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da, gün ərzində orta hesabla 20.000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq. Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, nağdsız ödəniş dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Bu avtobus da “BakıKart”a keçir



Bakıda daha bir marşrut kart sisteminə keçir
Bu marşrut xətti üzrə gediş haqqı “BakıKart”la ödəniləcək
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI
Daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Daha iki sərnişin avtobusu nağdsız ödənişə keçdi
DİQQƏT: Daha bir avtobus kartla ödənişə keçir
Marşrut xətlərində yeni sistem
Daha bir avtobus kart sisteminə keçir
Bakıda daha bir avtobus kart sisteminə keçdi
Sabahdan bu marşrut kartla ödənişə keçir
Bu marşrut xətti də karta keçdi
Bakıda bu marşrutda gediş haqqı AZALDILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 