Sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumatda bildirilir ki, dövlət başçısının tapşırığına uyğun olaraq artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki, 17.05.2021-ci il tarixində 29 və 81 18.05.2021-ci il tarixində 71 və 83 19.05.2021-ci il tarixində 53 və 66 20.05.2021-ci il tarixində 31 Nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI



Bakıda daha bir marşrut kart sisteminə keçir
Bu marşrut xətti üzrə gediş haqqı “BakıKart”la ödəniləcək
Bu avtobus da “BakıKart”a keçir
Daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Marşrut xətlərində yeni sistem
Daha bir marşrutda kartla ödəniş olacaq
Bakıda daha bir avtobus kart sisteminə keçdi
Bu marşrut xətti də karta keçdi
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Daha iki sərnişin avtobusu nağdsız ödənişə keçdi
Daha bir avtobus kart sisteminə keçir
Bakıda daha bir marşrut xətti kart sisteminə qoşulur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 