Aprelin 20-də onlayn formatda keçirilən Avronest PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər. ONN media xəbər verir ki, plenar iclasda öncə 2019-cu il dekabrın 9-10-da Tbilisidə keçirilmiş 8-ci sessiyanın protokolu təsdiqlənib. Sonra Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun komitələrində baxılmış məsələlərə dair həmməruzəçilərin təqdimatları dinlənilib. İclasda COVID-19 pandemiyası bitəndən sonra Şərq Tərəfdaşlığının dirçəlişi, dayanıqlığı və demokratikləşmə perspektivləri mövzusunda debatlar aparılıb. Demokratik proseslərin möhkəmləndirilməsində siyasi partiyaların, vətəndaş cəmiyyətinin, ədalətli seçki mühitinin, eyni zamanda azad və plüralist KİV-lərin rolu barədə müzakirələrdə bir sıra təkliflər səslənib. Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqəsi təhlil olunub. Milli nümayəndə heyətlərinin üzvləri Avropada enerji siyasətinin möhkəmləndirilməsi imkanları və Şərq Tərəfdaşlığı çərçivəsində enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması, eləcə də gündəlikdəki digər məsələlər barədə fikirlərini bölüşüblər. Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrində demokratikləşmə prosesləri, mövcud ictimai-siyasi vəziyyət, dayanıqlığın və təhlükəsizliyin artırılması, həmçinin bölgədə gedən proseslərdə Avropa İttifaqının daha yaxından iştirakı barədə fikir və mülahizələr səsləndirilib. Müzakirələr zamanı Milli Məclisin deputatları Azər Kərimli və Hicran Hüseynova erməni deputatların Azərbaycanın əleyhinə səsləndirdikləri fikirlərə obyektiv reallıqdan çıxış edərək, konkret faktlara istinadən kəskin cavablar veriblər, erməni tərəfinin yalanlarını və böhtanlarını ifşa ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli bildirib ki, “Avropa dövlətləri və institutları, o cümlədən ATƏT-in Minsk qrupu 30 il ərzində regionda mövcud olan münaqişəni sülh yolu ilə həll edə bilməyiblər. Hazırda biz bölgədəki qarşıdurmaya və nifrətə son qoyaraq yeni səhifə açırıq. Biz regionun gələcəyini qurmağa başlayırıq. Nəticədə Ermənistan da daxil olmaqla regionun bütün ölkələri tərəqqi etmək imkanı qazanacaq. Təəssüf ki, bu baxımdan Ermənistan tərəfin müvafiq addımları müşahidə olunmur.” Azərbaycan nümayəndə heyətinin üzvü Hicran Hüseynova Şərq Tərəfdaşlığı çərçivəsində hələ də ikili standartların müşahidə olunduğunu vurğulayıb. O, erməni tərəfinin əsassız ittihamlarına etiraz edərək bildirib ki, Azərbaycan əraziləri on illərlə ermənilər tərəfindən işğala məruz qalıb və indi Azərbaycan özünün zəbt olunmuş ərazilərini azad edib, qarşı tərəf bu faktla barışmalıdır. Plenar iclasda aparılan müzakirələr başa çatdıqdan sonra gündəlikdəki məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. Bununla da Avronest Parlament Assambleyasınıniki günlük 9-cu növbəti sessiyası işini başa çatdırıb.(axar.az)
Azərbaycanlı deputatlardan ermənilərə kəskin cavab



Sahibə Qafarova bu gün Rusiyaya gedəcək
NATO PA-nın yaz sessiyası başladı
Azər Kərimli vəzifəsindən azad olundu
Bu deputatlara yeni VƏZİFƏ
Azərbaycanlı deputatlar sabah İrəvana gedir
Oqtay Əsədov Qırğızıstana gedir
Milli Məclisin sədri Rusiyaya səfər edəcək
Sahibə Qafarova İtaliyaya səfərə gedir (YENİLƏNDİ)
Milli Məclisin yeni deputatlarının orta yaşı neçədir? - SİYAHI
AŞPA-nın qış sessiyası bu tarixdə işə başlayacaq
Azərbaycan nümayəndələri Ərdoğanın qəbulunda olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 