Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün sabah Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək.
ONN media xəbər verir ki, TÜRKPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə olunacaq.
Plenar sessiyada “Parlamentin açıqlığı və şəffaflığı: qərarların qəbul edilməsində yeni texnologiyalar” mövzusunda dinləmələr keçiriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq, qurumun komissiyalarının hesabat məruzələrinə münasibət bildiriləcək. Sessiyada Milli Məclisin sədri çıxış edəcək.
Səfər çərçivəsində parlamentin spikeri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər dekabrın 8-də başa çatacaq.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Əliyev İlham, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.



Sahibə Qafarova bu gün Rusiyaya gedəcək
Milli Məclisin sədri Rusiyaya səfər edəcək
Sahibə Qafarova Qazaxıstana getdi
Sahibə Qafarova Türkiyəyə gedir
Bakıda mühüm tədbir başladı
Sahibə Qafarova Özbəkistana səfər edib
TürkPA-nın adı dəyişdirildi
Sahibə Qafarova İsveçrəyə səfərə gedib
Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
Oqtay Əsədov iclaslara niyə gəlmir?
Oqtay Əsədovun MM-də işi məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 