Qarabağ müharibəsində sağlamlığını itirən 10-a yaxın qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib. ONN media xəbər verir ki, qazilər əsasən biganəlikdən şikayətləniblər. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, qaziləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və digər aidiyyəti rəsmilər qəbul edib: “Onların müraciətləri dinlənildi. Müraciətlərinin bir hissəsi əlillik dərəcələrinin meyarları ilə əlaqəli olub. Nazirlik qanunvericiliyə uyğun olaraq, əlillik qruplarına təyin edir. Təyinatın birinci hissəsi aidiyyəti qurumlar tərəfindən gələn göndərişlər əsasında verilir. Bununla bağlı qazilərə qanunvericiliyin şərtləri izah edildi. Qazilərin təklifləri əsasında aidiyyəti qurumlarla müzakirələr aparılacaq. Bundan başqa, bir neçə qazimizin mənzil şəraitinin yaxşılaşdırılması barədə də danışıqlar aparıldı. Bilirik ki, ilin sonuna qədər qazi və şəhid ailələri 3 000 mənzil və fərdi evlə təmin ediləcək. Məşğulluq barədə müraciətlər də yerindəcə qeydə alındı və uçota götürüldü. Məşğulluq mərkəzlərinə tapşırıq veriləcək və qazilərimiz uyğun işlərlə təmin ediləcək”. Etirazçılar onların tələblərinin dinlənildiyini və problemlərinin həllinə söz verildiyini bildiriblər.
Nazir müavini narazı qaziləri qəbul etdi



Polisin qucaqladığı qazi ilə bağlı xəbər var
Nazirlik qazi Farizlə bağlı AÇIQLAMA YAYDI
Nazir müavinləri qalmaqallı qazini belə cəzalandırdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinatlar olub
Azərbaycanda ilk “E-sosial” internet portalı
Pensiyalar nə vaxt ödənəcək?
Qazilərə şad xəbər- GƏLƏN AYDAN...
Qazilərə əlillik dərəcəsinin verilməsində rüşvət qalmaqalı
Qazi nə üçün dilənir?- RƏSMİ
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Daha bir qazi ailəsinə dəstək
Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 