Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı QHT rəhbərləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri ilə görüş olub.
ONN media Musavat.com-a istinadla xəbər verir ki, görüş Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işlərin ictimai müzakirəsinə həsr olunub.
Müzakirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Qarabağ qaziləri” İB-nin sədri Asəf Əliyev, həmin İB-nin üzvü Rey Kərimoğlu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, “Zəfər” Şəhid Ailələrinə Yardım İB-nin sədri Sevinc Orucova, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-nin sədri Mirhəsən Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli iştirak ediblər.
Agentliyin sədri Anar Bayramov 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursunu bitirmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri barədə məlumat verib.
Aidiyyəti qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri görülməklə, yekun olaraq Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirmənin aparıldığı qeyd olunub. Ötən dövrdə həmin hərbçilərdən 3 minədək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və sosial ödənişlər təyin edildiyi bildirilib.
Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir qaziyə müvafiq əlillik dərəcəsi təyin olunduğu vurğulanıb.
Görüşdə qazilərin əlilliyinin qiymətləndirilməsi prosesində vətəndaş məmnunluğunun daha da yüksəldilməsi üçün təkliflər irəli sürülüb.
Qabaqcıl dünya təcrübəsinə əsasən hazırlanaraq təsdiq edilmiş yeni meyarlardan da bəhs olunub.
Əilliyin artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, gələn ayın əvvəlindən yeni meyarlara uyğun olaraq, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında aparılacağı qeyd edilib. Bu meyarların əlilliyin qiymətləndirilməsində daha əhatəli yanaşmaya imkan verəcəyi bildirilib.
Vətəndaş cəmiyyəti institutları ilə regionlarda da olmaqla belə görüşlərin, müzakirələrin, maarifləndirici tədbirlərin ardıcıl təşkil edilməsi qərara alınıb



Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verildi
Kamil Musəviyə avtomobil hədiyyə verildi
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı FƏRMAN
50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Prezidentdən şəhid ailələrinə şad xəbər
Qarabağ əlillərinə daha 50 avtomobil verildi
Bakıda Zəfər avtoyürüşü keçirilir
Şəhid ailələrinə birdəfəlik maddi yardımlar verildi
Naxçıvanda yeni təyinat olub
Əli Əsədov qərar imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 