"Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycana 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici gəlib". ONN media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib. Millət vəkili bildirib ki, ölkəmizə bu dövr ərzində səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə gəliblər: "Rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan 8,9 dəfə, Qazaxıstandan 7,7 dəfə, Özbəkistandan 5,2 dəfə, Rusiya Federasiyasından 4,1 dəfə, Ukraynadan 3,7 dəfə, Böyük Britaniyadan 3,6 dəfə, Belarusdan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,6 dəfə azalıb". V.Bayramov vurğulayıb ki, COVID- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Ancaq bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, ölkəyə səfərlə bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var: "Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus neqativ PCR-testi nəticəsi varsa belə, ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan əcnəbilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır". Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər.
Bu sahədə sərt qaydaların dəyişdirilməsinə ehtiyac var - Deputat



Azərbaycana turist axını iki dəfədən çox artdı
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
4 ayda Azərbaycana 847 midən çox turist gəlib
Ölkəmizə gələn turistlərin sayı nə qədər artıb?
Azərbaycanla İran arasında aviareyslər bərpa olunur? - RƏSMİ
Ölkəyə gələn turistlərin sayı artacaq
Azərbaycana gələn ərəblərin sayı azaldı
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
Azərbaycanda istehsal edilən avtomobillərin sayı artdı
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb
Ərəb turistlərin Azərbaycana marağı azalır. Səbəb?
Xaricə gedən azərbaycanlıların sayı AÇIQLANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 