2019-cu ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONN media -ya verilən məlumata görə, bu barədə mərkəzdə "İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin müzakirəsi zamanı deyilib. Bildirilib ki, gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4% və 38.1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb. Cənubi Asiya regionundan gələn qonaqların əksəriyyətini Hindistan (39 min; 68% artım) və Pakistan (29 min; 12.9% artım) vətəndaşları, Mərkəzi Asiyadan gələnlərin böyük hissəsini isə Türkmənistan (32 min; 82.9% artım) və Qazaxıstan vətəndaşları (31 min; 21.2% artım) təşkil edib. Türkiyədən gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5.1% artaraq 203 min nəfər olub. Yaxın Şərq və İrandan gələnlərin sayı 23 min və 22 min azalaraq müvafiq olaraq 264 min və 164 min nəfərə enib. 2018-ci ilin dekabr ayında Çin, Hindistan, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Turizm Bürosunun nümayəndəlikləri fəaliyyətə başlayıb. Cari ilin yanvar-avqust dövrü ərzində bu ölkələrdən gələnlərin sayı keçən illə müqayisədə 35 min və ya 17% artaraq 237 min nəfərə çatıb. Eyni zamanda turizm xidmətləri üzrə tədiyə balansının müsbət saldosu qorunub saxlanılıb.
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb



Apreldə Azərbaycana gələn əcnəbilərin sayı 9 faiz artıb
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Azərbaycana Səudiyyə Ərəbistanından gələnlərin sayı rekord vurdu
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir
Bu il Azərbaycana nə qədər turist gəlib?
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb
Xaricə gedən azərbaycanlılar ən çox haranı seçirlər?
Bu il Azərbaycana 2,2 milyon əcnəbi gəlib
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı
Azərbaycana turist axını 16% artıb
Ölkəmizə Çin və Yaponiyadan da turist axını artıb
Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 