Neçə illərdir ki, yarımzirzəmidə yaşayıram.
ONN media xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında əməkdar artist, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanov deyib. Ömrünün çoxunun geridə qaldığını deyən aktyor bu yaşdan sonra ev ummadığını deyib:
"Artıq teatrda iş başlayıb, gələn həftədən rol aldığım tamaşalar repertuarda olacaq. Sənət adamı gərək səhnədə olsun. Bilirsiniz ki, evim yoxdur, yarımzirzəmidə bir otaqlı, rütubətli yerdə qalıram. Neçə illərdir ki, orada yaşayıram. Daha ev də ummuram, nə ömrüm qalıb ki… İki il bundan əvvəl evlə bağlı müraciət etmişdim, aidiyyatı qurumlardan növbəyə yazılmağımla bağlı cavab gəldi. Eybi yox, mənə ev lazım deyil, əsas şəhid ailələri və qazilərimizdir. Onlara 44 günlük qələbədən sonra ev verirlər, bunu eşidəndə sevinirəm, elə bilirəm ki, o ev mənə verilir”.
Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovdan da söz açıb:
"Konsertlər verir. Emilin heyranları çoxdur. İndi ancaq ailəsi və işi ilə məşğuldur. Şükürlər olsun bu günə. Mənə onun dəstəyi deyil, bir ata kimi xoşbəxtliyi lazımdır. Onun bu gününü görəndə kənardan bir valideyn kimi sevinirəm".
Qeyd edək ki, Əməkdar artist, Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov bir neçə il bundan öncə həbs olunmuşdu. Müğənni 6 il azadlıqdan məhrum edilmişdi.



Elgiz onların yalanını üzə çıxardı
Əməkdar artistin müğənni oğlu da vəfat etdi
Əməkdar artist xəstəxanaya yerləşdirildi
Azərbaycanlı müğəninin qardaşı FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Rəşad İlyasov şou-biznesin hazırki vəziyyətindən GİLEYLƏNDİ
Səməndər Rzayevin aktyor oğlu vəfat etdi
"Gizli eşq yaşayıram" - 57 yaşlı Nahidə Orucova
Xalq artisti İlham Əliyevə təşəkkür etdi
Aktyordan ŞOK AÇIQLAMA: "Artıq dözməyə və gözləməyə taqətim qalmayıb"
Əməkdar artistə 1 il efir qadağası qoyuldu
Koronavirusa yoluxan Bəhram Bağırzadə — DANIŞDI
Rəhman Rəhmanovun oğlu azadlığa çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 