Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib. İdarədən ONN media -ya verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron şagird qəbuluna start verilməsi və ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçirilməsindən ibarətdir. Görüşdə çıxış edən İdarə müdiri Mehriban Vəliyeva I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib. M.Vəliyeva I sinfə elektron qeydiyyat sisteminin (//mektebeqebul.edu.az/) tətbiqinin təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət etdiyini qeyd edib. İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb və müəllim seçimi prosesinə isə aprelin 29-dan start veriləcəyini xatırladıb. Sektor müdiri ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydalarını geniş şəkildə izah edib, valideynlərə kömək məqsədilə onlayn Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyini söyləyib. İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin Feysbuk səhifəsində suallara cavab veriləcəyini və müvafiq maarifləndirmə işlərinin aparılacağını bildirib. Ümumi təhsil sektorunun müdiri Fuad Babayev ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin keçiriliməsi, təhsil işçilərinin vaksinasiyası və PISA-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsinin təşkili ilə bağlı fikirlərini bildirib.
Bakıda I sinfə qəbulla bağlı YENİLİK



Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Birinci sinfə qeydiyyat BU TARİXDƏN başlanılır
I siniflərə şagird qəbulu üzrə məktəb seçimi prosesi BAŞLADI
I sinfə elektron qeydiyyat başlayır
Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR
Birinci sinfə qeydiyyat dayandırılır
Birinci sinfə qəbul prosesi bərpa edildi
Təhsil Nazirliyi rəsmi məlumat yaydı
Birinci sinfə qəbul onlayn aparılacaq
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
Valideynlərin nəzərinə: CƏMİ 6 GÜN QALDI
Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 