2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Belə ki, onlayn ərizə qəbulu Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində tətbiq ediləcək.
Bunu ONN media Təhsil Nazirliyinin saytına istinadən bildirib.
I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-də başlayacaq.
Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır.
Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.
Qeyd edək ki, 2015-2016-cı tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu ilk dəfə olaraq, elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.
2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub ki, onlardan da 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib.
2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub..



Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır
Bu gündən birinci siniflərə şagird qəbulu BAŞLAYIR
Birinci sinfə qeydiyyat BU TARİXDƏN başlanılır
Birinci sinfə şagird qəbulunun vaxtı açıqlandı - RƏSMİ
6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb
Bakıda I sinfə qəbulla bağlı YENİLİK
Bu gündən birinci sinfə qeydiyyat başlanılır
Təhsil Nazirliyi rəsmi məlumat yaydı
Birinci sinfə qəbulun vaxtı uzadıldı
Bakı məktəblərinin I sinfə şagird qəbulunun II mərhələsi başlayıb
Birinci sinfə qeydiyyat dayandırılır
Vaildeynlərin NƏZƏRİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 