“Son dövrlər İrəvanda ermənilər tərəfindən müxtəlif revanş çağırışları səsləndirilir, sərhəd bölgələrində təxribatlara əl atılır. Bunun bir neçə səbəbi var”. ONN media bildirir ki, bu sözləri publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, əsas səbəb 44 günlük müharibədə “məğlubedilməz” erməni ordusunun darmadağın olunması və dünya erməniliyinə vurulmuş sağalmaz zərbədir: “İkincisi, qarşıdan gələn taleyüklü seçki kampaniyası ilə əlaqədar siyasi partiyaların bir-birinə qarşı kompromat savaşıdır. Üçüncüsü, regionda xüsusi geosiyasi maraqları olan, bu maraqları təmin etmək üçün daim gərginliyin saxlanmasında marağı olan xarici qüvvələrdir”. Nəsib Məhəməliyevin fikrincə, bu meyllərin artması ilk növbədə erməni xalqının təhlükə altına atılmasıdır: “Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin ölkənin ərazi bütövlüyünü, suveren hüquqlarını ən effektiv şəkildə qorumaq iqtidarında olduğunu sübut etdi. Azərbaycan Prezidentinin isə ən kritik anlarda siyasi iradə nümayiş etdirməsini bütün dünya gördü. Təsadüfi deyil ki, Hacıqabul rayonuna səfəri çərçivəsində ölkə başçısı Azərbaycan Televiziyasına verdiyi müsahibədə ermənilərə və havadarlarına xəbərdarlıq edərək bildirdi ki, biz istənilən təxribata sərt şəkildə cavab verəcəyik”. Millət vəkili hesab edir ki, təxribata meyilli erməni separatçıları cinayət törətməmişdən əvvəl xeyli götür-qoy etməli, fəsadları barədə düşünməlidirlər.
Deputat erməni təxribatlarının səbəblərini AÇIQLADI



Beş il sonra Qarabağdakı vəziyyət... - Trofimçuk
Ermənistana yenidən silah verilməsinin qarşısı alınmalıdır - Deputat
Bakının bu rayonları birləşdirilsin və... - AÇIQLAMA
“Allah onları daha da mehriban eləsin!” – Aqil Abbas
Erməni hərbçilərin Kəlbəcərə girməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
XİN-dən erməni təxribatı ilə bağlı açıqlama
“Aprel müharibəsi” yenidən qayıdır?
“Bir həftə yetərlidir ki, Qarabağda...” – Deputat
Azərbaycanın hazırladığı hesabat BMT-nin rəsmi sənədi kimi yayıldı
Türkiyəli deputatdan erməni jurnalistə SƏRT CAVAB: Azərbaycan...
Qarabağda nə qədər silahlı terrorçu var?
Sədərək istiqamətində ERMƏNİ TƏXRİBATI: Yanğınlar törətməyə cəhd edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 